“Naxçıvan 350 milyon dotasiya alır, hara gedir bu pullar?” –VAHİD ƏHMƏDOV /VİDEO

“Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?”

Azpost.info bildirir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişinə telefon bağlantısı ilə qoşulan deputat Vahid Əhmədov Naxçıvan olayları ilə bağlı danışarkən bildirib.

V.Əhmədov baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib: “Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması… Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?”

V.Əhmədov eyni zamanda bildirib ki, Ali Məclisin sədri V.Talıbovun bu böyük miqyaslı korrupiya faktlarından xəbərsi olması mümkün deyil: “Oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır: “Böyük maliyyədən söhbət gedir. Bu, müstəqilliyimizə təhdiddir”.

Açıqlamanın davamını aşağıdakı videoda izləyə bilərsiz.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.