Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 11-i saat 10:50 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

“Dövlət universitetlərində təhsil tam pulsuz olmalıdır” –

Sonrakı məqalə

“Teleqram”ın qurucusu istintaqla tam əməkdaşlıq edir”