Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 28-i saat 23:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

“Nəsrullahın aradan götürülməsi zəruri şərt idi” –

Sonrakı məqalə

İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb