Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Naxçıvana dəhliz açılsa bu İranın darmadağınla məğlubiyyəti deməkdir” –

User 10 Noyabr 2022 - 21:58 (Last updated: 21 May 2025 - 20:15)
zengezur03

Məlum olduğu kimi İran Zəngəzur dəhlizinə qarşı ciddi müqavimət göstərir. Tehran hesab edir ki, Azərbaycanın bu tələbinin yerinə yetirilməsi İranın Ermənistanla quru sərhədinin bağlanmasına səbəb olacaq. 

Azpost.info bildirir ki, serbiyalı politoloq Nikola Mikoviç EURACTİV.com saytında yayımladığı təhlilində İranın bu mövqeyinin əsl səbəblərini açıqlayıb.

Ekspertin sözlərinə görə, İran Türkiyə və Azərbaycan arasında quru sərhədinin açılmasını özünün geopolitik maraqlarına real təhlükə sayır. Mikoviç hesab edir ki, İranın ötən ay Araz çayında keçirdiyi hərbi təlimlər rəsmi Bakıya Zəngəzur dəhlizi ilə bağlı planından əl çəkməsi üçün bir xəbərdarlıq idi.

“İran Azərbaycan və Ermənistan arasında 30 illik münaqiləyə son qoyacaq sülh sazişinin perspektivindən niyə narahatdır?” sualını qoyan ekspert yazır: “2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatda Ermənistan Azərbaycanın qərbi ilə Naxçıvan arasında nəqliyat yolunun çəkilməsinə razılıq verib. İran və Ermənistan ərazilərinin əhatə etdiyi bu yol Türkiyə sərhədinə aparır. Bu yol Azərbaycan regionlarından vətəndaşların, avtomobillərin maneəsiz gediş-gəlişini nəzərdə tutur.  Həmçinin razılıq əldə edilib ki, bu dəhlizə Rusiya federal təhlükəsizlik xidməti nəzarət edəcək. Məhz bu məsələ ötən iki ildə fikir ayrılığının predmeti olaraq qalmaqdadır. Ermənistan qorxur ki, Naxçıvana gedən dəhliz onun suvrenliyinə mənfi təsir edəcək və İranla sərhədini zəiflədəcək”. 

Politoloqun sözlərinə görə, müharibədə qalib gələn Azərbaycan Üçtərəfli Sazişin tam icra olunmasını  və Ermənistandan İran sərhədi boyu gömrüksüz, pasport yoxlanışının olmadığı avtomobil və dəmir yolunun çəkilməsini tələb edir. İran bunun qəti əleyhinədir. Tehran başa düşür ki, Naxçıvandan keçən dəhliz Azərbaycanı təkcə ora ilə deyil, Bakının yaxın müttəfiqi və Tehranın rəqibi olan Türkiyə ilə birləşdirəcək: “Əgər bu dəhliz tikilsə bu Türkiyəyə Cənubi Qafqaza girmək üçün quru yolunu verəcək. Bu isə Ankaraya bu zəngin enerji daşıyıcıları olan regionda mövcudluğunu gücləndirəcək. Türkiyə həminin Mərkəzi Asiyanın bazarlarına daha qısa və sürətli yol əldə edəcək. Bu isə Ankaranın böyük geopolitik qələbəsi olacaq. 

Müəllif daha sonra yazır ki, bütün bunlar İranın regionda mövqelərini ciddi şəkildə zəiflədəcək: “Bakının Tehrandan tranzit asılılığına son qoyacaq, İranı Cənubi Qafqazda tranzit xidmətləri üzərindəki monopoliyasından məhrum edəcək. Bu, həmçinin Azərbayacana Araz çayının su resurlarının paylanması üzərində nəzarəti bərqərar edəcək”. 

Nikola Mikoviçin fikrincə, bu baxımdan İran üçün bu məsələ təhlükəsizlik baxımından az əhəmiyyət daşımır: “Tehranda hesab edirlər ki, əgər Naxçıvana dəhliz açılarsa onu İranın düşmənləri hərbi məqsədlər üçün istifadə edə bilər. İran 44 günlük müharibədən sonra Cənubi Qafqazda türk və İsrail mövcudluğunun gücləndiyini aydın görür. Buna görə, İran bütün mümkün vasitələrlə Ermənistandan keçən tranzit dəhlizinin qarşısını almağa çalışır”.

Məqalədə deyilir ki, hərbi təlimlərdən sonra İranın XİN başçısı Zəngəzurda, Qafanda konsulluq açdı. Qafanın seçilməsi təsadüfi deyildi. Söhbət Naxçıvana keçəcək dəhlizin keçəcəyi strateji rayondur: “Bu İranın Bakıya, Ankaraya və Yerusəlimə daha bir siqnalı idi ki, o Qafqazda əsas oyunçu kimi qalır və mövqelərini güzəşətə getmək fikrində deyil”. 

Serb analitikinin fikirncə, Bakı və Tehran arasında hazırkı münasibətlər artıq nə dostluq nə də qardaşlıq xaraketri daşımır: “Azərbaycan dünyəvi dövlət olsa da uzun müddət belə hesab olunurdu ki, şiə inancı bu iki müsəlman dövlətini birləşdirir. Amma belə görünür Bakı və Tehranın bu gün fərqli müttəfiqləri, fərqli prioritetləri, ən əsası fərqli geopolitik məqsədləri var. Əgər Azərbaycan sonda Naxıçvandan dəhlizi açmağa nail olsa İran Ermənistadan sonra 44 günlük müharibədə darmadağınla məğlub olmuş ikinci dövlət olacaq”.

Azpost.info

 

Post navigation

Previous: Rəşad Dağlı barədə həbs qərarı verildi
Next: TDT-in Zirvə Görüşündə iştirak edən dövlət başçılarının şərəfinə şam yeməyi verilib

Oxşar xəbərlər

islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.