Azərbaycan Ordusunun hərbi qulluqçusu avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.
Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.
Məlumata görə, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.