Naxçıvanda dini mərasimdə iştirak edən uşaqların valideynləri məsuliyyətə cəlb edilib

Sosial şəbəkələrdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində azyaşlılardan ibarət dini mərasimi əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, həmin mərasimdə iştirak edən azyaşlıların valideynləri polis əməkdaşları tərəfindən müəyyən olunaraq barələrində məsuliyyət tədbirləri görülüb.

“İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı tədbirləri anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, – məlumatda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.