Naxçıvanda hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq elan edilib

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürəti 20,8-25 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risklər gözlənilir.

Əvvəlki məqalə

Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Rusiyada “Viber” messenceri bloklanıb