Naxçıvanda şagird özünü məktəbdə asıb

Azərbaycanda məktəbdə intihar hadisəsi olub.

Hadisə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Kültəpə kənd orta məktəbində baş verib.

Orada təhsil alan, 10-cu sinif şagirdi Nəcəfov Xəyal Sərxan oğlu sinif otağında özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Babək rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. (Lent.az)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.