Naxçıvanın həbs edilmiş maliyyə naziri vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Əvvəlki məqalə

Naxçıvanda 4 yaşlı balaca uşağa siqaret çəkdirən şəxs cəzalandı –

Sonrakı məqalə

Üçüncü Dünya müharibəsi olacaqmı?