Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxılıb

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov həbsdən azad olunub.

Azpost.info bildirir ki, Missiya.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Əhməd Əhmədovun şikayətinə baxılıb və sabiq nazirin iddiası təmin olunub.

Əhməd Əhmədov məhkəmə zalından sərbəst buraxılıb.

Xatırladaq ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad olunmuş və üzərindən 4 il keçəndən sonra o, müvəqqəti məskunlaşdığı Bakı şəhərindən Naxçıvana çağırılaraq 11 il müddətinə həbs edilmişdi. Sabiq nazir külli miqdarda dövlət əmlakını mənimsəməkdə günahlandırılmışdı.

Əvvəlki məqalə

Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

Sonrakı məqalə

“Tarix İnstitutu ssenari qrupunun içindədir, kimlərsə boş-boş danışır” –