Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirilib

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.

Sabiq nazirin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb. Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvanda xəstəxanaya köçürülüb.

Qeyd edək ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. (APA)

Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılaraq həbs edilib.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər

Sonrakı məqalə

Rusiya neftinin qiyməti Avropanın gözlədiyi həddən aşağı düşüb