Naxçıvanın sabiq daxili işlər naziri xəstəxanaya yerləşdirilib

Naxçıvanın həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədov xəstəxanaya yerləşdirilib.

Sabiq nazirin saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhəti ağırlaşıb. Bu səbəbdən o, cəzaçəkmə müəssisəsindən Naxçıvanda xəstəxanaya köçürülüb.

Qeyd edək ki, Əhməd Əhmədovun barəsində hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. (APA)

Xatırladaq ki, Naxçıvanın 17 il daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib və həmin il Bakıda saxlanılaraq həbs edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.