Naxçıvanlıların pasportuna niyə “iranlı” yazılıb? –VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi ilə İctimai TV-nin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışında maraqlı məsələ müzakirəyə çıxarılıb. 
Azpost.info bildirir ki, telejurnalist Vəsilə Vahidqızının aparıcı olduğu veriliş Qazaxıstanın Sayram rayonunun Qarasu kəndində yaşayan azərbaycanlılardan bəhs edir.  Proqramda orada yaşayan soydaşlarımızın şəxsiyyət vəsiqələrində və pasportlarında milliyyətlərinin  nə üçün “iranlı” yazılması araşdırılırb.
Verilişdə çıxış edənlər bununla bağlı fikirlərini açıqlayıb və onları narahat edən millik kimlik sualı ətrafında müzakirə aparıblar. Məlum olub ki, burada yaşayan azərbaycanlıların pasportlarında milli kimlikləri “iranlı” olaraq göstərilir.
Lakin soydaşlarımız bununla razı deyillər. Onlar 1937-ci il Stalin repressiyalarının acı mirasını bu gün daşıyırlar.
Bəs nə üçün sənədlərdə onlar “iarnlı” kimi qeyd olunur? 
Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” verilişinin xüsusi buraxılışını aşağıdakı linkdən izləmək olar:
https://www.youtube.com/watch?v=ozpjg7BmxUU
Əvvəlki məqalə

Milli Məclisin sədri Rusiyaya səfərə gedib

Sonrakı məqalə

Rusiyadan ən böyük həcmdə buğda Azərbaycana göndərilib