Nazarbayev Azərbaycanın Avrasiya Birliyinə dəvət olunmasını təklif edib

Qazaxstanın sabiq prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının bu gün keçirilən iclasında Azərbaycanı müşahidəçi statusunda quruma dəvət olunmasını təklif edib.
Azpost. info bildirir ki, Nazarbayev iclasda İqtisadi Şuranın fəxri sədri kimi iştirak edir.
“Mən uzun illik fikir ayrılığından sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram.  Hesab edirəm ki, hamı belə düşünür“-deyə o vurğulayıb.
Nazarbayevin sözlərinə görə, Özbəkistanın belə nümunəsi bu addıma ilham verməlidir.
“Özbəkistan bundan az qazanmayıb”-deyə o qeyd edib.
İclas video əlaqə formatında gedir.
Avrasiya İqtisadi İttifaqı Rusiya, Ermənistan, Belarus, Qazaxstan və Qırğızstanın daxil olduğu iqtisadi əməkdaşlıq təşkilatıdır. Moldova, Özbəkistan və Kuba bu qurumda müşahidəçi statusunda təmsil olunur.
Azərbaycan Avrasiya İttifaqına üzvlükdən imtina edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Astarada 5 uşaq atası özünü güllələyərək intihar edib

Sonrakı məqalə

Ölkədə ötən gün COVİD-ə yoluxanların və sağalanların sayı açıqlandı –