Nazarbayevin kürəkəni postunu tərk etdi- Yerinə Tokayevin müşaviri təyin edildi

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayev “Kazenergy” Qazaxıstan Neft-Qaz və Enerji Kompleksi Təşkilatları Assosiasiyasının rəhbəri postunu tərk edib.

Azpost.info xəbər verir ki, o, bu postu 2005-ci ildən tuturdu.

Assosiasiya bu gün öz saytında məlumat yayıb ki, Kulubayevi bu postda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin keçmiş müşaviri Maqzum Mirzəqaliyev əvəz edəcək.

Qərar dekabrın 8-də Almatıda “Kazenergy” İdarə Heyətinin iclasında qəbul edilib.

“Kazenergy” 2005-ci ildə neft-qaz sektorunda sahibkarlığın inkişafına dəstək məqsədilə yaradılmışdı.

“Forbes” jurnalına görə, Timur Kulibayev planetin ən zəngin adamları siyahısına daxil edilib. Onun sərvəti 4,3 milyard dollar qiymətləndirilir.

Timur Kulibayev Nursultan Nazarbayevin ortancıl qızı, həyat yoldaşı Dinara ilə birlikdə Qazaxıstanın ən böyük bankına nəzarət edir və digər biznes aktivlərinə malikdir. “Forbes”ə görə cütlüyün ümumi kapitalı səkkiz milyard dolları ötür.

Azpost.info

Əvvəlki məqalə

Şuşa rayonuna prokuror təyin edilib

Sonrakı məqalə

Elm və Təhsil Nazirliyində yeni şöbələr yaradılıb, təyinatlar olub