Nazim Bəydəmirli Nərimanov məhkəməsinə gətirlir –VƏKİLDIN AÇIQLAMA

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində şübhəli şəxs qismində saxlanılan sabiq deputat, iş adamı Nazim Bəydəmirli Nərimanov rayon məhkəməsinə gətirilir.

Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, Məhkəmə Nazim Baydəmirli ilə bağlı qərar verəcək.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib.

Bir sıra müşahidəçilər sabiq deputatın həbsinin Gədəbəydəki son hadislərlə bağlı olduğunu iddia edirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.