Nazirlər Kabineti dövlət büdcəsinin layihəsini Prezidentə göndərdi

Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib.

Bu gün Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunub. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qüdrət Həsənquliyev:

Sonrakı məqalə

Putin Ermənistana gəlir –