Nazirlik sahibkarlara avtobusların yenilənməsi ilə bağlı müraciət edib

Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi sərnişin daşımaları ilə məşğul olan sahibkarlara avtobusların yenilənməsi ilə bağlı müraciət edib.

Bu müraciət Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, yararsız nəqliyyat vasitələri ilə sonsuza qədər fəaliyyətin davam etdirilməsi mümkün olmayacaq.

Nazir müavini onu da qeyd edib ki, sahibkarlar mümkün qədər qısa zamanda yararsız nəqliyyat vasitələrinin yenilənməsi məsələsini öz planlarında nəzərə almalıdırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.