Neft Fondunun 2023-cü ildə gəlir və xərcləri nə qədər olub?

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin icrası, gəlirlər 21 661 900,4 min manat, xərclər 11 832 650,1 min manat və ya Fondun 2023-cü il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 132,6 faiz, xərclər üzrə 99,9 faiz səviyyəsində olmaqla təsdiqlənib.

Əvvəlki məqalə

Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlir və xərcləri artırılıb

Sonrakı məqalə

10-a yaxın Çin şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib