Neft Fondunun aktivləri 54 milyard dolları ötüb

1999-cu ildə əsası qoyularkən 271 mil­yon ABŞ dol­la­rına bə­ra­bər olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ak­tiv­lə­ri­nin həc­mi hal-hazırda 54 milyard ABŞ dollarını ötüb”.

Bunu ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov deyib.

Qeyd edək ki, Dövlət Neft Fondunun aktivləri 2023-cü ilin əvvəlinə 49,03 milyard dollar, bu ilin birinci rübü üzrə isə 53,4 milyard dollar təşkil edib.

Əvvəlki məqalə

Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

Sonrakı məqalə

Ukrayna əks-hücum əməliyyatına başlayıb?