Neft Fondunun gələn il üçün büdcəsi Prezidentə təqdim olunacaq

Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsi, Fondun investisiya siyasəti və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasın yekununda Dövlət Neft Fondunun 2023-cü il üçün büdcə layihəsinin Azərbaycan Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Əvvəlki məqalə

“Paris forumunda Ukraynaya dəstək üçün 1 milyard avro toplandı”

Sonrakı məqalə

Türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqli müzakirə olunacaq