Neft qiymətləri bahalaşıb

15 May 2021 - 10:41

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,66 dollar artaraq 68,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,55 dollar bahalaşaraq 65,37 dollar olub.