Neft qiymətləri bahalaşıb

02 Oktyabr 2021 - 11:22

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,97 dollar artaraq 79,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,85 dollar bahalaşaraq 75,88 dollar olub.