“Neftçi” “Kəpəz”i darmadağın edibPremyer Liqa

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.

Turun açılış matçı tarixi derbi ilə əlamətdar olub. “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edib. “Neftçi Arena”da oynanılan görüş “ağ-qaralar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 53-ə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. “Kəpəz” isə 35 xalla səkkizinci yerdə qalıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 11-12-də keçiriləcək.

Əvvəlki məqalə

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Sonrakı məqalə

Dünyada milyonçular ən çox hansı şəhərlərdə yaşayır? –