“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.
II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan Laurentsiu Regekampfın yetirmələri “Baksell Arena”da kambekə imza atıblar. İlk yarıda Qodsvey Donyonun qolu ilə azarkeşlərini ümidləndirən “Neftçi” fasilədən sonra darmadağını rəsmiləşdirib.
Öncə Eddi İsrafilov, ardınca Kenni Sayef də kiprlilərin qapısına yol tapıb. Bu böyükhesablı qələbə paytaxt təmsilçisini III təsnifat mərhələsinə daşıyıb.
Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-də və 11-də baş tutacaq.