“Neftçi”nin yeni baş məşqçisi təyin olunub

“Neftçi”nin yeni baş məşqçisi rəsmiləşib.

Bu posta Samir Abasov təyin edilib.

“Sumqayıt” Futbol Klubunun mətbuat xidməti mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Paylaşımda qeyd olunub ki, “Neftçi” ilə əldə olunmuş razılığa və çalışdırıcının şəxsi istəyinə əsasən, tərəflər əməkdaşlığa son verib.

Qeyd edək ki, Abasov 2022-ci ildən “Sumqayıt”ı çalışdırırdı(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.