Rusiya Energetika Nazirliyi neftin 1 barelinin 50 dollar olmasını ədalətli hesab edir.
Bu barədə energetika naziri Aleksandr Novak deyib. Nazirin sözlərinə görə, neftin 1 barelinin 100 dollar olduğu zamanı unutmaq olar. “Dünyada neftin orta statistik qiyməti 50 dollar olacaq. 2019-cu ilin büdcəsində neftin qiyməti 43-45 dollar intervalında götürülüb”.
Nazirin fikrincə, uzaq perspektivdə neftin 1 bareli 50-60 dollar arasında olacaq. Novak Venesuela və İranın neft sanksiyaları ilə üzləşməsi fonunda ABŞ-da neft hasilatının artmasını bunun əsas səbəbləri arasında görür. (Modern.az)