“Neftin 100 dollar olduğu dövr keçmişdə qaldı” –Nazir

Rusiya Energetika Nazirliyi neftin 1 barelinin 50 dollar olmasını ədalətli hesab edir.

Bu barədə energetika naziri Aleksandr Novak deyib. Nazirin sözlərinə görə, neftin 1 barelinin 100 dollar olduğu zamanı unutmaq olar. “Dünyada neftin orta statistik qiyməti 50 dollar olacaq. 2019-cu ilin büdcəsində neftin qiyməti 43-45 dollar intervalında götürülüb”.

Nazirin fikrincə, uzaq perspektivdə neftin 1 bareli 50-60 dollar arasında olacaq. Novak Venesuela və İranın neft sanksiyaları ilə üzləşməsi fonunda ABŞ-da neft hasilatının artmasını bunun əsas səbəbləri arasında görür.  (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Suriyanın şimalında partlayışlar törədilib-

Sonrakı məqalə

Dövlət Agentliyi qida ilə bağlı saytın hazırlanmasına 19 min manat xərcləyəcək