“Neftin kritik ucuzlaşması ölkədə devalvasiya riski yaradır” –

Ekspert ŞƏRHİ
28 Fevral 2020 - 17:42

 “Azərbaycan neftinin qiyməti kritik həddə enib – 52 dollar. Büdcədə isə 55 dollardan hesablanıb. Ucuzlaşma tendensiyasının yaxın aylarda da davam edəcəyinin gözlənilməsi yeni devalvasiya riskləri yaradır”.

Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Qadir İbrahimli neftin qiymətinin ucuzlaşmasının iqtisadiyyata təsirini şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, DTX-nın bu yaxınlarda həyata keçirdiyi əməliyyatlar Azərbaycan rayonlarındakı korrupsiya şəbəkəsini rəsmən təsdiqlədi – rayonun ən böyük iş adamı icra başçısıdır – əsas biznes təsisatları ona məxsusdur, üstəlik hətta məktəblərdə yığılan süpürgə pulunda da payı var: “Məsələni başqa bir yozumu da odur ki, rayonlarda real iqtisadiyyat adına nə varsa icra başçılarına məxsusdur. Təbii ki, icra başçıları özlərinə rəqib gördükləri ciddi investorları yaxına buraxmaq belə istəmir. Yeni iş yerləri özəl sektorda yox, dövlət investisiyaları hesabına yaradılır. Neft ucuzlaşdıqca həmin investisiya layihələrinin də taleyi sual altına düşəcək”.
Q.İbrahimlinin sözlərinə görə, bu, problemin bir hissəsidir: “İkinci hissə isə ondan ibarətdir ki, icra başçıları (eləcə də başqa məmurlar) bizneslərindən gələn gəlirləri, büdcədən oğurladıqlarını və yığdıqları rüşvəti Avropa və başqa öllkələr daşıyır, daşınmaz əmlak alır, biznes qururlar. Yənə həmin pullar ölkədə yeni biznes layihələrinə yatırılsaydı, iqtisadiyyat bundan nəsə faydalıana bilərdi”.
Ekspert qeyd edib ki, vəziyyət 2015-ci ilin böhranından da kritikdir: “Çünki 2015-ci ilin martına qədər – Rusiya Krımı işğal edən qədər Azərbaycan rayonlarına Rusiyadan böyük pullar axırdı. Ancaq Krımın işğalından sonra Qərbin Rusiyaya sanksiya tətbiq etməsi və investisiya yatırımını dayandırması səbəbində pullar tədricən azaldı, indi isə minimuma enib. Bu vəziyyətdə neftin ucuzlaşması 2015-ci ilin böhranından da böyük börana səbəb ola bilər”.