Neftin qiyməti 45 dollara düşdü

07 Mart 2020 - 11:16

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 8,90% azalaraq 1 barelə görə 45,54 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,35% azalaraq 41,61 dollar təşkil edib.