Yaxın həftələrdə birjalarda neftin qiyməti aşağı düşəcək.
Azpost.info bildirir ki, bu barədə “Goldman Sachs”-ın analitikləri bildiriblər. Onlar bunun səbəbini neftə gələcək tələbatın qeyri-müəyyən olması və ehtiyatların “qorxulu həcm”də olması ilə izah ediblər.
Goldman hesab edir ki, Brentin qiyməti yaxın perspektivdə 35 dollar olacaq.
OPEK-in razılaşmasından sonra bazar ertəsi neftin qiyməti 3 aylıq maksimuma çatıb.