Neftin qiyməti bahalaşıb

08 May 2021 - 11:28

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 68,28 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,18 dollar bahalaşaraq 64,90 dollar olub.