Neftin qiyməti 40 dollardan aşağı düşdü

Koronavirusa yoluxanların sayının artması ilə investorlar arasında tələbatın kəskin azalması qorxusu nefti yenidən ucuzlaşdırıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 16:35-ə olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,39% azalaraq 39,75 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 1,76% azalaraq 37,34 ABŞ dolları olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hazırda xəstəlik ailə-ailə, müəssisə-müəssisə yayılır –

Sonrakı məqalə

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib