“Neftin ucuzlaşması Azərbaycana yaxşı heç nə vəd etmir” – 

Ekspert 
03 Oktyabr 2019 - 12:28

“Brent markalı neftin bir barelinin qiyməti 58 dollardan aşağı düşüb”.

Bu barədə Modern.az-a iqtisadçı Vüqar Bayramov bildirib.

Neftin qiymətinin Azərbaycana daxil olan valyutanın həcmi baxımdan çox vacib olduğunu vurğulayan ekspertin sözlərinə görə, ölkəmizin ixracatında xam neftin payı 81 faiz, enerji məhsullarının ümumi payı isə 90 faizə yaxındır.

“2019-cu il dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Hələlik orta qiymət 60 dollardan yüksək olsa da növbəti 3 aydakı tendensiya heç də nikbin notlar formalaşdırmır. Azərbaycan üçün fiskal qırmızı xətt 60, monetar qırmız xətt isə 50 dollardır. Bu baxımdan, neftin qiymətindəki azalmalar monetar baxımdan da arzuolunan deyil. Neftin qiymətində azalmalarda davam edirsə, bu dünya bazarında dolların möhkəmlənməsinə səbəb olacaq. Bu halda ölkəmizdə də dollara tələbin artacağı istisna edilmir. Hər halda, qlobal ticarət savaşı nəinki inkişaf etmiş, heç inkişaf etməkdə olan ölkələr üçün də yaxşı nə isə vəd etmir”, -deyə V.Bayramov bildirib.