ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin təyyarəsi Tayvana eniş edib.
Azpost.info xəbər verir ki, Pelosinin Tayvana səfəri Nümayəndələr Palatası sədrinin Asiya turunun bir hissəsidir.
Pelosinin avqustun 3-də səhər saatlarında mehmanxanasında videokonfrans keçirəcəyi, həmçinin adanın qanunverici orqanına baş çəkəcəyi, Tayvan lideri ilə danışıqlar aparacağı və fəxri adlar üçün tarixi hökumət malikanəsində qarşılanma naharına qatılacağı gözlənilir.
Tayvan mətbuatının məlumatına görə, Pelosi avqustun 3-ü yerli vaxtla saat 17:00-a qədər Taybeydə qalacaq. Onun nümayəndə heyəti üçün beşulduzlu “Grand Hyatt” otelində bir mərtəbə bron edilib.
Pelosi 1997-ci ildən bəri ABŞ Nümayəndələr Palatasının Tayvana səfər edən ilk spikeridir.
Azpost.info