“Nicat Lənkəranski” saxlanıldı

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov saxlanılıb.

O, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Onu da qeyd edək ki, “Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. (Unikal.az)

Əvvəlki məqalə

Müdafiə naziri hərbi hospitalda yaralı əsgərləri ziyarət edib – VİDEO

Sonrakı məqalə

Günəşin və bərəkətin bayramı