Niderlandın potensial Baş naziri Putini “dəhşətli diktator” adlandırıb

İfrat sağçı partiyası Nidelandda seçkilərdə qalib gələn Qert Vilders hesab edir ki, ölkə Ukraynaya hərbi yardımı kəsməlidir.

Azpost.info xəbər verir ki, indiyədək Niderland Kiyevin əsas müttəfiqlərindən biri olub, onu F-16 qırıcıları ilə təmin edib və ukraynalı pilotlara təlim keçib.

“Hesab edirik ki, öz ölkəmizi müdafiə edə bilmədiyimiz halda Ukraynaya hərbi dəstək verməməliyik”, – Vilders deyib.

Parlamentdə çıxış edən və daha əvvəl Vladimir Putini tərifləyən Vilders Rusiyadan uzaqlaşmağa çağırıb. Putinin dostu olmadığını və onu təcavüzkar hesab etdiyini bildirib. “Putin dəhşətli diktatordur”, – o deyib.

Azpost.info

Əvvəlki məqalə

Hakan Fidan Azərbaycana gəlir

Sonrakı məqalə

Bağçalara müdir vəzifəsinə növbəti elektron sənəd qəbulu başlayır