“Nikosayağı” adlı bloger “”Porsche”ni yük maşınına çırpdı –Qolunu kəsdilər, 1 nəfər öldü /FOTO-VİDEO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Porsche” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, minik avtomobilini “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. (APA)

 

TƏBİB-in açıqlamasında deyilir ki, 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.