Noyabrın 2-dən 8-dək Azərbaycanda 8967 nəfər COVID-19-a yoluxub

18 Noyabr 2020 - 13:30

Noyabrın 2-dən 8-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 8967 nəfər yoluxub.

Koronavirusinfo.az saytı xəbər verir ki, həmin həftə COVID-19-dan 4751 nəfər sağalıb. Bununla yanaşı, koronavirusdan 100 nəfər həyatını itirib.