Nüsrət Kəsəmənlinin Vətən Müharibəsində döyüşmüş nəvəsinə niyə teatrda iş verilmir?

Məşhur Azərbaycan şairi Nüsrət Kəsəmənlini nəvəsi Cavidan Kəsəmənli Gənc Tamaşaçılar Teatrında işə götürülməsi ilə bağlı müraciəti rədd edilib. 
Azpost.info bildirir ki, bu barədə tanınmış jurnalist İntiqam Valehoğlu məlumat verib. Mədəniyyət naziri Anar Kərimova ünvanladığı müraciətdə jurnaıist bildirib ki, Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Cavid Kəsəmənli Vətən Müharibəsi iştirakçısıdır.
“Cavidan istedadlı gəncdir. Vətən qarşısında xidmətləri isə əksəriyyətimizdən çoxdur. Niyə bu gənc kənarda qalmalıdır? Ümumiyyətlə erməniyə güllə atan oğullara qarşı bu cür davranan məmurların kökü araşdırılmalıdır”-deyə müraciətdə bildirilib.
Onun sözlərinə görə, rəhbərlik 25 yaşlı Cavidanı 5-6 dəfə  görüşsə də sonda ona teatrda boş yer olmadığını deyib yola salıblar.
Əvvəlki məqalə

Deputat Siyavuş Novruzovun qolu sınıb

Sonrakı məqalə

“Ağ Ev Pelosinin açıqlamalarına aydınlıq gətirməlidir” –