“OBA Market” istehlakçıları aldadıb? –Market cərimələnə bilər

“OBA market” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barəsində inzibati iş başlanıb.

Azpost.info xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi (Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) ilə ittiham olunur.

İş artıq Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin icraatındadır.

“OBA Market” MMC-nin sahibi “Veysəloğlu” şirkətidir. Nizamnamə kapitalı 7 825 972.26 AZN olan olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, ev 2-də yerləşir. “Veysəloğlu” MMC 22 may 2006-cı il tarxidə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Allahverdi Bəxtiyar Adil oğludur. O, eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.

“Veysəloğlu” MMC “Veysəloğlu Group”a daxildir. Bu şirkət 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Talıbov Aydın Veysəl oğludur. Aydın Talıbov Naxçıvan Muxtar Respublikasının keçmiş Ali Məclis sədri Vasif Talıbovla həmkəndlidir. O, Şərur rayonun Siyaqut kəndində anadan olub. Bəzən bu səbəbdən “Veysəloğlu” şirkətinin Vasif Talıbova məxsus olması barədə iddialar səsləndirilir.

Abbas

Əvvəlki məqalə

“ABŞ-dan FETÖ-çülərə qarşı tədbirlər gözləyirik”

Sonrakı məqalə

Tofiq Kazımovun 100 illiyi qeyd ediləcək