“Oğlum dedi bu ağır gündə qalstuk taxıb otura bilmərəm” –ŞƏHİD VİDADİ ZALOVUN ATASI

“Vidadi atasına-anasına sadiq bir oğul idi. Vətənini bəlkə də bizdən çox sevirdi”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanla sərhəddə dünənki təxribat nəticəsində şəhid olmuş hərbi qulluqçumuz Vidadi Zalovun atası Nizami Zalov “Xəzər” TV-yə deyib.

Onun sözlərinə görə, ali təhsilli olan oğlu maliyyə işi ixtisasını bitirmişdi: “Yaxşı işdə işləyirdi. Mənim xəbərim olmadan könüllü orduya yazılmışdı. 4 il xüsusi təyinatlı qüvvələrdə qulluq etdi. Sonra quru qoşunlarına keçdi. Həmişə deyirdi vətənin bu ağır günündə mən qalstuk taxıb, kostyum geyinib  stolda oturub işləyə bilmərəm. Vətənimə xidmət etmək istəyirəm”.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində hərbçi Vidadi Nizami oğlu Zalov şəhid olub.

 

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.