Oğuzda zəlzələ olub

Bu gün yerli vaxtla saat 20:24-də Oğuz rayonunda maqnitudası 3 olan zəlzələ baş verib.

Bu barədə Respublika Seysimoloji Xidmət mərkəzi məlumat yayıb.

İlkin məlumata görə, zəlzələ ocağının dərinliyi 25 km olub.

Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.