Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlər çox az saydadır. Ona görə rəqəmi açıqlaya bilmərəm”.
Azpost.info bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Azərtac”a müsahibəsində deyib.
Həkimin sözlərinə görə, bu siyahıda özü və Koordinasiya Mərkəzinin işçiləri də var.
Y. Abbasova deyib ki, hazırda 4 min Azərbaycan vətəndaşı dializdədir. Məktəbə gedə bilməyən, universitetdə oxuya bilməyən, ailə həyatı qura bilməyən nə qədər gənc oğlan və qızlarımız dializ xəstəsidir. Transplantasiyadan sonra həmin şəxslər normal həyat yaşayacaq. “Böyrəyi, qaraciyəri canlı donordan da götürmək mümkündür, amma ürəyi yox… Bu gün Azərbaycanda ürəyə ehtiyacı olan insanlar var. Ürək ancaq meyit donordan köçürülə bilər. Bu işin həyata keçirilməsi üçün isə insanlar maariflənməlidir ki, reyestrə daxil olub donor olsunlar”.
Mərkəz sədrinin sözlərinə görə, 2023-cü ildə və 2024-cü ilin birinci yarısında orqan gözləmə növbəsində olan 45 qaraciyər xəstəsi vəfat edib. “Qaraciyər üçün isə MARS aparatı var, o da xəstəni cəmi bir neçə sutka sağ saxlaya bilir, sonra xəstə dünyasını dəyişir. Süni qaraciyər olmadığı üçün ölüm faktı burada daha çoxdur”.
2023-cü ildə 120 böyrək transplantasiyası əməliyyatı edilib. 2024-cü ilin ilk 6 ayı müddətində 70-ə yaxın böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. Bu əməliyyatlar dövlət sığortası hesabına və böyrək transplantasiyası üzrə Dövlət Proqramı çərçivəsində icra edilib. İldə 30-a yaxın böyrək transplantasiyası əməliyyatı dövlət proqramı hesabına icra edilir.
Onun sözlərinə görə, 2023-cü ildə təqribən 55 qaraciyər transplantasiyası əməliyyatı edilib. Cari ilin ilk yarısında isə 40 əməliyyat həyata keçirilib.
Azpost.info
