Olimpiya çempionu Hidayət Heydərov Bakıda belə qarşılandı –VİDEO

“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıya qayıdıb.

Azpost.info bildirir ki, bu barədə görüntülər paylaşılıb.

Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabağa qalib gəlib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.