Ölkədə bir gündə 810 min maska satılıb

10 İyun 2020 - 10:02

Azərbaycanda maska satışı artıb.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 4-də ölkədə 424 min maska satılıb: “İyunun 5-də isə 810 min maska satılıb. Hazırda 11,6 milyondan artıq ehtiyat maska var. Ölkədə sutkada 200 min maska istehsal edilir, maska qıtlığı yoxdur”. (Trend)