Ölkədə daha 139 nəfər koronavirusa yoluxub –

148 nəfər sağalıb (OPERATİV QƏRARGAH)
20 Avqust 2020 - 17:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.