“Ölkədə koronavirusla əlaqəli ağır vəziyyətdə olan xəstələr yoxdur”- Vüqar Qurbanov

“Bu gün ölkədə koronavirusla əlaqəli ağır, yəni kritik vəziyyətdə olan xəstələrimiz yoxdur”.

Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda koronavirusla bağlı vəziyyət nəzarətdədir: “COVID-19-la bağlı TƏBİB-in tabeliyində bir modul tipli xəstəxana fəaliyyət göstərir. Orada xəstələr müalicə olunur, dərman təchizatı isə əvvəlki qaydada davam edir. Kritik vəziyyətdə olan xəstələrimiz yoxdur”.

Əvvəlki məqalə

Türkiyə hökuməti evlərin turistlərə kirayə verilməsi tələblərini sərtləşdirib

Sonrakı məqalə

Xocalı soyqırımında şübhəli bilinən Madat Babayan saxlanılıb