Ölkədə koronavirusla bağlı son vəziyyət açıqlandı –

TƏBİB
07 İyun 2020 - 21:51

Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 5013 olub.

TƏBİB-dən verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 339 876-dır.

Qeyd edək ki, Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 7553, vəfat edənlərin sayı 88, sağalanların sayı 4149-dur.

Hazırda 3316 aktiv koronavirus xəstəsinin 155-i reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.