Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 13-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7505 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 375 759 test aparılıb. Ölkədə cəmi 9570 nəfər koronavirusa yoluxub. İndiyədək 115 nəfər COVID-19-dan dünyasını dəyişib, 5309 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 4146 nəfərdir. Hazırda 130 nəfər reanimasiyada müalicə alır. 23 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda 352 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.